“ONUN KRİMİNAL AVTORİTETLƏRLƏ ƏLAQƏSİ VAR” - Erməni deputat Sarkisyan barədə

Baxış sayı:
7933

Ermənistan parlamentinin deputatı Suren Qriqoryan keçmiş prezident Serj Sarkisyanla bağlı video haqqında danışıb.
Virtualaz.org bildirir ki, bu barədə “Sputnik Ermənistan” xəbər yayıb.
Məlumata görə, deputat videodakı görüntülərdə keçmiş prezidentin kriminal aləmin avtoritetləri ilə bir stol arxasında oturduğunu deyib.
“Dövlət güclü olmalı, “qanuni oğru” və kriminal avtoritetlərin güc tətbiq etməsinə imkan verməməlidir. Dövlət adamlarının cinayət aləminin adamları ilə necə təmasda olduqlarını özüm dəfələrlə görmüşəm. Bir videoda Serj Sarkisyanın kriminal avtoritetlərin olduğu ziyafətdə iştirak etməsini izləmişəm”, - S. Qriqoryan əlavə edib.