​“Onu müğənni saymıram…” – Sevda Ələkbərzadə

Baxış sayı:
6562

Əməkdar artist Sevda Ələkbərzadə ifasını təniqd edənlərə cavab verib.
Minval.İnfo-nun məlumatına görə, müğənni “10-dan sonra” proqramında onun ifasını başa düşməyənləri “konservator” adlandırıb:
“Fikir mübadiləsi mütləq olacaq. Kimsə bəyənəcək, kimsə yox. Kimi konservatordur, kim isə novatordur. Ona görə də bunlar normaldır, inciməyin mənası yoxdur. Kimsə səmimi qəlbdən deyirsə, incimirəm. Ola bilsin ki, gəncdir, amma fikirləri konservatordur.
Əgər Üzeyir Hacıbətyli, Vaqif Mustafazadə kimi sənətkarları tənqid ediblərsə, biz nə karəyik ki… O demək deyil ki, küsürəm, başqa şey ifa edirəm. Başlayıram daha da çalışmağa. Mənim musiqi savadım da, biliyim də buna imkan verir.
Baxır kim tənqid edir. Bəlkə o tənqid edənin ifasını heç mən qəbul edib, onu müğənni saymıram… Gedib özü musiqi nədir öyrənsin, sonra mənə nəsə deyər. Nəyisə musiqi tənqidçisi deyə bilər. Amma hansısa müğənni başqa ifaçı haqda nəsə deyirsə, olmaz. Etiq qaydalar var. Özüm də efirdə belə etmərəm. Bəyənmədiyim ifaçını niyə efirdə deyim?”.