​"Onu efirə buraxmırlar. Əgər televiziyalarımızın “kişiliyi” çatırsa...” – Şeyx Əbdüldən ŞOK AÇIQLAMA

Baxış sayı:
3610

“Bu gün bunun konkret səbəbi nədir ki, Tahirə qarşı televiziyalarımız amansızdırlar, onu efirə buraxmırlar?”
Muxalifet.az xəbər verir ki, bunu Şeyx Əbdül Mahmudbəyov aktyor Tahir İmanovu televiziyalarımızın “istedadsız” adlandırmasına münasibət bildirərkən deyib. Xalq artisti bildirib ki, məsələ sülh yoluyla həll edilməlidir:
"Tahirə bunu dedizdirən səbəb var. Onu çox yaxşı tanıyıram, böyük hörmətim var. Təəssüflər olsun ki,  bildiyimə görə onu efirlərimizə buraxmırlar. Burda bir acı ağrı var və bu xəstəlik elə şeydir ki, gərək bunun birinci diaqnozun qoyasan, sonra müalicə edəsən. Tahir və Cabir İmanov da, o nəsil KVN-ni Heydər Əliyevdən bizə miras qalıb. Onların içində xalq artisti olanlar da var. Bu gün bunun konkret səbəbi nədir ki, Tahirə qarşı televiziyalarımız amansızdırlar, onu efirə buraxmırlar? Onu nədə suçlayırlar, günahı nədir? Tahir İmanov cəmiyyətdə və ictimaiyyətdə tanınan bir adamdır. İndi əlində hakimiyyət olan, arxalı-dayaqlı imkanlı telekanallar və onların rəhbərliyi bunu düzələn səmtə yönəltməkdənsə, bir az da münasibətləri korlayaraq qızışdırırlar. 
 
Mən nə təklif edirəm? Bütün müharibələr onsuz da sülhlə qurtarıb. Necə ki, mənim Hacıbala Abutalıbovla “müharibəm” sülhlə qurtardı. (Gülür). Televiziyalarımız Tahir İmanovun bir kəlməsindən tutub onu “top”a tutmaqdansa, əksinə, kişilikləri çatırsa, hər iki kanal - Xəzər TV-də, ATV-də (ATV-ni biz qurmuşuq, amma indi orda hazırın naziri olanlar var, heç indi məni də o kanala dəvət etmirlər) bir veriliş təşkil edib bir neçə elm adamını dəvət edib, Tahir İmanovla birlikdə müzakirə edərək buna bir aydınlıq gətirsinlər. Burda bir barış olsun. Tahir də düşmən deyil. Bizim arxalı-dayaqlı dəhşətli düşmənlərimiz var, biz onlara qarşı birləşməliyik. Bu gün xalq tərəfindən sevilən, qəbul olunan adamları incitməli deyilik”.