Onlarla koronavirus xəstəsi xəstəxanadan qaçdı

Baxış sayı:
1948

Əfqanıstanın Herat şəhərində çox sayda koronavirus xəstəsi xəstəxanadan qaçıb.

Publika.az xəbər verir ki, ümumilikdə 50-yə qədər insanın qaçdığı bildirilir. Həkimlərin sözlərinə görə, onlardan bəzilərinin virusa yoluxduğu dəqiqləşsə də, digərləri sadəcə koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Qaçan şəxslərin karantin altına alınması üçün axtarışlar başlayıb. Yerli sakinlərə məsələ barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, rəsmi məlumatlara görə, Əfqanıstanda 21 nəfər koronavirusa yoluxub.