​Onlarla helikopter havaya qalxdı - FOTO

Baxış sayı:
10942

Türkiyə Silahlı Qüvvələri Şimali Kipr Türk Cümhuriyyəti ilə birgə Şərqi Aralıq dənizində hərbi təlimlərə start verib.
“Şəhid Leytenant Canər Gönyəli Axtarış-Xilasetmə Təlimi – 2019” adlı təlimlər quruda və dənizdəki axtarış-xilasetmə qabiliyyətlərinin sınanması üşün təşkil olunub.
Türkiyənin bölgədə söz sahibi olduğunu bir daha təsdiq edəcək təlimləri Fələstin, Əfqanıstan, Qətər, Malayziya, Nigeriya, Kosovo və Pakistandan 13 müşahidəçi izləyəcək.
Təlimlərdə əvvəl quruda, sonra suda axtarış-xilasetmə və dənizin çirklənməsi ilə mübarizə çərçivəsində sınaqlar keçiriləcək.
“Şəhid Leytenant Canər Gönyəli Axtarış-Xilasetmə Təlimi – 2019” 13 iyunda başa çatacaq.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan və Türkiyə ordularının birgə təlimi bu gün başa çatacaq./Publika