“Onların rəqibi yoxdur” - Lüksemburqlular “Qarabağ”dan yazdı

Baxış sayı:
16237

Lüksemburq mətbuatı oktyabrın 3-də keçiriləcək “Düdelanj” – “Qarabağ” matçını təhlil edib. 

Muxalifet.az xəbər verir ki, həmin mətndə Lüksemburq təmsilçisinin doğma meydanında oynamasının onun xeyrinə olduğu qeyd edilib:

“Düdelanj” evdə oynadığına görə, üstünlüyə sahib olacaq, amma “Qarabağ” reytinq cəhətdən daha yuxarıdadır. “Düdelanj” ölkə çempionatda keçirilən son 7 matçdan cəmi ikisində qalib gəlib. “Qarabağ” isə yenə də Azərbaycan Premyer Liqasında darmadağınlı oyun nümayiş etdirir. Daxili çempionatda güclü hücumu olan komandadır. 6 turdan sonra vurduqları qolların sayı 15-dir. Belə ki, Azərbaycan təmsilçisi keçirdiyi son 6 matçı qalibiyyətlə başa vurub. 2-ci sırada olan komandadan 8 xal fərqlə öndə olan "Qarabağ"ın liqada rəqibinin olmadığını söyləmək olar. Bu qalibiyyətlər isə “Qarabağ” futbolçularına daha inamlı çıxış etməyə imkan verəcək. 

Ancaq Avropa Liqasının ilk turunda “Qarabağ” öz gücünü sübut edə bilmədi. Onun Tofiq Bəhramov adına Respublika stadionunda “Sevilya”ya məğlub olduğunu da xatırlatmaq gərəkdir. “Qarabağ” qol vura bilmədi, əksinə, 3 top buraxdılar. Bu matçda yeganə üstünlük isə 28 faizlik nəticədir. 

“Düdelanj”a gəlincə, Avroliqanın ilk turunda Kiprdə APOEL-ə 3:4 hesabı ilə qalib gələrək, səs-küyə səbəb oldular. Bu qalibiyyət isə onlara çətin başa gəldi. “Düdelanj” “Qarabağ”la bundan öncə, 2016-cı ildə qarşılaşıb. Avropa Liqasının seçmə mərhələsində “Düdelanj” evdə 1:1 hesablı heç-heçə edib. Səfərdə isə 0:2 hesablı məğlubiyyət alıb”.

Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” matçı oktyabrın 3-də keçiriləcək. Cavaba qarşılaşması isə oktyabrın 21-də baş tutacaq.