​ONLARIN İTKİN DÜŞMƏSİNDƏN 4 AY KEÇİR

Baxış sayı:
2338

Bu gün Azərbaycanda 3 alpinistin itkin düşməsindən artıq 4 ay keçir.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, də "Gilavar" hava və ekstrim idman klubunun - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadə 2017-ci ilin dekabrın 23-də Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.
Alpinistlərin axtarışı davam etdirilir.
Qeyd edək ki, alpinistlərin itkin düşməsi ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.