​Onları məhv edirəm və edəcəyəm – KADIROV

Məni bir neçə dəfə partlatmağa cəhd ediblər.
Axar.az xəbər verir ki, bunu “Rossiya 1” televiziyasına müsahibəsində Çeçenistan lideri Ramzan Kadırov söyləyib.
 “Dəqiq bilmirəm, amma bir neçə dəfə partladıb, gülləbaran ediblər. Ciddi heç nə olmayıb. Onlar buna necə cəsarət ediblər. Bilirəm ki, onlarla döyüşürəm; bilirəm ki, onları məhv edirəm və məhv edəcəyəm”, – deyə o bildirib.
Qeyd edək ki, 2016-cı ildə Kadırov düşmənlərinin ona sui-qəsd təşkil etdiyini, amma onu öldürməyin asan olmadığını bildirmişdi. İyul ayında isə KİV üç nəfərin Kadırova qarşı sui-qəsdin iştirakçısı olduğu haqqında informasiya yaymışdı. Bunlar “Vostok” batalyonunun keçmiş zabiti İsa Yamadayevin keçmiş mühafizəçisi Əziz Alviyev, bu batalyonun keçmiş döyüşçüsü Beslan Zakarayev və onun qonşusu Şamxan Maqomadov idi.