“Onları kişi saymıram” - Oksananı döyüblər

Baxış sayı:
23299

Qadına əl qaldıran kişi, ən zəif, ən aciz, özünə güvənməyən kişidir. Mən heç onları kişi də saymıram.
Muxalifet.az
axşam.az-a istinadən bildirir ki, bu sözləri rəqqasə və aktrisa Oksana Rəsulova "X maqazin" proqramında deyib.
O, ilk həyat yoldaşının şiddətinə məruz qaldığını etiraf edib:
"İlk dəfə günlərlə ağlayırdım, küsürdüm. Sonra qorxu hissi yarandı, ikinci dəfə evdən qaçdım, rəfiqəmin evinə sığındım. Birinci həyat yoldaşımdan belə zərbələr almışam. Bu da bizim boşanma səbəbimiz olub".