​Onlara dəfələrlə söyləmişik ki... - Çavuşoğlu

Baxış sayı:
2917

İki dövlət arasında müharibənin rəsmi və ya qeyri-rəsmi başlaması deyə bir şey yoxdur. Daxildə radikal və mülayim qruplaşmaları ayırmaq üçün çox səy göstərmişik. Hazırda bura hücm edənlər Hələbdən, Xümsdən, hətta cənubdan dəhlizlər yaradılaraq və bilərək gətirilib. Məqsədin bunlardan istifadə edərək İdlibə hücum etmək olduğunu bilirdik.
Bu sözləri Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.
"Biz dünən öz mövqeyimizi bildirdik. Bu problemin həll yolu atəşkəsdir. Qərb ölkələrinə də dəfələrlə söyləmişik. Sonuncu dəfə Rakkadan terror təşkilatlarının hara göndərildiyi bəlli deyil. Prezidentimiz də atəşkəsi xüsusi vurğulayıb. Qarşıdurmalar sona çatacaq, yenə siyasi proses başlayacaq. Bunun üçün İranla sıx əməkdaşlıq edirik. Gördüyümüz işlər Tehran zirvəsi ilə məhdudlaşmır. Müttəfiqlərimizlə müzakirələrimiz davam edir”, - XİN rəhbəri söyləyib.