“Onlara deyin ki, bizim insanlarımızı öldürməsinlər” - ZELENSKİ TƏCİLİ PUTİNƏ ZƏNG ETDİ

Baxış sayı:
409

Ukrayna prezidenti Vladimir Zelenski Donbassda dörd nəfər ukraynalı hərbçinin həlak olması ilə əlaqədar Rusiya prezidenti Vladimir Putin ilə telefonla danışdığını bildirib.

Zelenski deyib: “Mən bu gün səhər, indicə Rusiya prezidenti Vladimir Putin ilə bu barədə danışdım. Təcili ona zəng edib dedim ki, bu, (atəş açılması – red.) bizi sülhə yaxınlaşdırmır. Sizdən çox xahiş edirəm, qarşı tərəfə təsir göstərəsiniz ki, bizim insanlarımızı öldürməyi dayandırsınlar”.

Zelenski danışıq zamanı Luqansk Stanitsasındakı körpünün tikintisinin sürətləndirilməsi və ərazinin minadan təmizlənməsi işlərinin davam edilməsi, həmçinin, ukraynalı dustaqların qaytarılması məsələlərini də müzakirə elədiklərini qeyd edib.

Hurriyyet.org