​Onlar Türkiyənin güclənməsini istəmirlər - Rus ekspert

Baxış sayı:
3340

Vaşinqtonun regionda əsas məqsədi Türkiyənin güclənməsinin qarşısını almaqdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert İldus Yarulin sputnik -ə açıqlamasında deyib.
“Türkiyə prezidenti Suriyadakı saxta “demokratik qüvvələri” məhv etmək üçün müharibə başladıb. Bu qüvvələr Suriya lideri Bəşər Əsədə qarşı çıxanlardır. Bunlar Türkiyənin nəzarət etmək istədiyi bölgədə yer alır. İxtilafın çıxış nöqtəsi da buradır. Suriya böhranının sona çatmasını və Türkiyənin güclənməsini istəmirlər. Bunun üçün də tanklara və təyyarələrə qarşı istifadə edilə bilən sadə olmayan silahlara ehtiyac var”, - Yarulin bildirib.
Ekspert əlavə edib ki, ABŞ kürd dövləti planında Rusiya, İran, Türkiyə və Suriya da hədəf alınır.