​Onlar çuxur qazdılar, biz isə abidələr tikdik - Ərdoğan

Baxış sayı:
283

Onlar çuxur qazdılar, biz isə bu abidələri tikdik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkir stadionunun açılışında bildirib.
"Bir ölkənin təşkilatı və gələcəyi qılıncla qələmin ucundadır. Qılıncınız iti, qələminiz güclü olacaq. Bir neçə il əvvəl Diyarbəkirin mərkəzi başda olmaqla, bəzi şəhərlərimizdə, məhəllələrdə xəndəklər qazaraq ölkəmizin və millətimizin gələcəyini orada basdırmaq istədilər, biz də bu abidələri tikdik. Onlar çuxur qazdılar, biz isə bu abidələri tikdik. Diyarbəkir xalqı bu xəyanəti gördüyü üçün dövlətinin yanında dimdik dayandı və terrorçuları iflasa uğratdı", - Ərdoğan qeyd edib.