Öncə “Trabzonspor”, sonra “Qarabağ”...

Baxış sayı:
6817

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra UEFA statistik məlumatları açıqlayıb.

Muxalifet.az xəbər verir ki, turnirdə Azərbaycanın yeganə təmsilçisi "Qarabağ" ən çox qayda pozuntusuna məruz qalan ikinci komanda olub.

Belə ki, Ağdam klubunun futbolçuları keçirilən 5 matçda 82 dəfə qayda pozuntusuna məruz qalıb.

İlk sırada isə Türkiyənin "Trabzonspor" klubu dayanır. Qaradəniz təmsilçisinin oyunçuları 84 dəfə kobudluqla qarşılaşıb. Üçüncü pillədə Fransa "Renn"i (81) dayanır.

"Köhlən atlar”ın futbolçuları 63 dəfə rəqibin oyunçularına qarşı kobudluq edib. Onlar bu göstəricidə 30-cu sıradadır. 

Qeyd edək ki, 5-ci turda İspaniyada "Sevilya"ya məğlub olan "Qarabağ" (2:0) 1/16 final mərhələsinə yüksəlmək şansını itirib.