Ona xərçəng diaqnozu qoydular… – Millət vəkilindən ŞOK

Baxış sayı:
10066

Millət vəkili Fazil Mustafa olduqca diqqətçəkici bir status paylaşıb. Muxalifet.az xəbər verir ki, o, qohumu olan bir xanıma bəlkə də 15 ildir Bakıda onkoloji xəstəlik diaqnozu quyduqlarını və hər il bədəninə “kimya” yeridildiyini yazıb. “Əlində olub-qalan pulu da dərmanlara sərf olunur. Oğlu illər öncə Qərb ölkələrinin birinə köçüb və maddi durumu yaxşı olduğundan, anasını da yanına aparıb. İndicə xəbər tuturam ki, orada ciddi müayinədən keçirilib və anlaşılıb ki, onkologiyaya aid heç bir problemi olmayıb. Sadəcə, illərdir bədəninə yeridilən kimyəvi maddələr orqanizmində ciddi fəsadlar yaradıb. İndi bədənindən həmin zəhərləri təmizləməklə məşğuldurlar. Səhhəti və moralı xeyli yaxşılaşıb”. Millət vəkili yazıb ki, Azərbaycanda bu diaqnozları bir çox hallarda zarafatla qoyurlar, bu səbəbdən də burada qoyulan diaqnozları elə də ciddiyə almayın!