​Ona haqq qazandırmaq istəyən kim varsa...

Baxış sayı:
541

Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filminə diqqətlə baxdım və bu barədə bir yazı yazacam. Bütün film boyu bunu bir azərbaycanlı edə bilməz dedim...
Bir azərbaycanlı bunu edə bilməzdi...
Azərbaycanlını bir tərəfə qoyun, Qafqazı və burada yaşayan xalqları bilən və içərisində bir az da olsa, ədalət hissi olan heç bir şəxs bunu edə biməzdi. Amma o etdi.
Rüstəm İbrahimbəyov, deyəsən, Orxan Pamuk kimi Nobel mükafatı almaq istəyinə düşüb və deyəsən, elə onun da yolunu seçib. Ermənilər və havadarları onu böyük məmnuniyyətlə müdafiə edərlər. Amma bu filmdən bir daha görünür ki, Rüstəm İbrahimbəyov ruhən azərbaycanlı deyil, olmayıb və olmayacaq.
Hər kəs ondan Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi cinayətlər, evinə dönə bilməyən köçkünlərimiz, Xocalı soyqırımı, bu gün Ermənistan adlı dövlətin yerləşdiyi tarixi torpaqlarımız haqqında beynəlxalq səviyyəli filmlər, ssenarilər gözlədi illərlə, amma o etmədi. Əvəzində Azərbaycana və azərbaycanlılara arxadan zərbə olan bu filmi ortaya çıxardı. Vətənini və millətini sevən insanlarımız onu bağışlamayacaq. Millətə sayğı duymayana millət də sayğı duymaz.
P.S. Hələ də içərisində bu dediklərimin sərt olduğunu düşünən və İbrahimbəyova hansısa bəhanələrlə haqq qazandırmaq istəyən varsa, danışmadan və yazmadan öncə baxsın bu filmə... Amma diqqətlə, bütün incəliklərinə nəzər salaraq, düşünərək baxsın...