"Ona demişdik ki, planlarımıza daxil deyilsən" - Samir Abasov

Baxış sayı:
2200

"Çox şey demək olmur. Qalib gəlməyi hədindən artıq istəyirdik. Sevindiricidir ki, uduzmadıq. Həm də heyf ki, uda bilmədik. Yaxşı imkanlarımız da oldu. Bizim adımıza ən pisi qolu özümüzün vurmasıdır".
Muxalifet.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 19-cu turunda evdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
"Həmdinin oyuna girməsi, daha doğrusu əvvəlcədən olmaması bizə pis təsir edir. Təəssüf ki,  cəmi iki gün məşq etdiyi üçün həkimlər onun yalnız 30-35 dəqiqə oynamasına icazə vermişdi. Ancaq risk alıb oynatdıq. Bilal təkbətək mübarizələrdə çox yaxşı oyunçudur. Qapanan komandaya qarşı faydalı olur. İsmael Fofana isə yalnız Xulio Sezar Rodrigesin zədələnməsi səbəbindən oyuna daxil edildi. Bu gün xal itirməyimiz bizi çox üzdü".
S.Abasov Pərdis Fərcad-Azadın heyətə daxil edilməməsininin səbəbini açıqlayıb: "Pərdisin heç bir səhvi yoxdur. Biz hücum xəttimizi iki yeni oyunçu ilə gücləndirmişik. Pərdisə demişdik ki, planlarımıza daxil deyilsən. Onsuz da bir çox oyunçu məşq edir, sadəcə, maaş alır. Bizim onunla müqaviləmiz var. Ona ödəmə etmək borcumuzdur. Özü bu durumdan razıdırsa, bunu ondan soruşun".