​"Ona "ağçaqqal, tüpürüm üzünə" deyib studiyadan çıxara bilməzdim" - ŞOK AÇIQLAMA

Baxış sayı:
2998

Müğənni Sevda Yahyayevanın ögey atasının "Səni axtarıram"da səsləndirdiyi ittihamlarla bağlı Xoşqədəm Baxşəliyeva (Hidayətqızı) danışıb.
Xoşqədəm müğənniyə qarşı şok iddialarla çıxış edən şəxsi studiyadan qovmamaq səbəbini də açıqlayıb:
"Əməkdaşlarımıza deyirəm: "Hansı tanınmış adam, hansı müğənni istəsə onu dəvət edin. Söz verirəm ki, səsinizi kəsməyəcəm.
Hə, Sevda məsələsinə gələk. Anlaya bilmədim, "Səni axtarıram" sosial bir proyektdir. Bu sosial proyektdə hüququ pozulan da gələcək, mülki problemi olan da gələcək, axtarışı olan da gələcək, xəstə olanı da gələcək və mən Xoşqədəm Hidayətqızı onları öz balası, öz qızı kimi dinləyəcəm. Dünən bir ağsaqqal da gəldi. Mən ona "ağÇaqqal" deyə bilməzdim. Çünki evimdə o tərbiyəni görməmişəm. Mən ona "ağçaqqal" deyib, "tüpürüm üzünə" deyib buradan çıxara bilməzdim. Mən onu o qədər gözəl, incitmədən... Hətta ekspertlər onun qəlbinə dəymək istəyəndə, mən onun qarşısını aldım. Sevdanı da efirə bağlamaq istədik. Dostlarına zəng etdik. Amma mən səhv etdim, gərək başqasına zəng edərdim. Bəlkə də başqa şeylər olardı".
Qeyd edək ki, müğənninin ögey atası Xoşqədəm Baxşəliyevanın verilişinə çıxaraq Sevdanın onun həyat yoldaşını əlindən aldığını, yaşadığı evin qapısını isə qıfıllayaraq onu küçəyə atdığını iddia edib./oxu24