Ömürlük məhbus olan qardaşlar: "Qardaşımı buraxsınlar, güllələnməyə hazıram" - VİDEO

Muxalifət.az bildirir ki, ARB TV-nin "Rezonans" verilişi bu dəfə ömürlük məhbus olan qardaşların həyat hekayəsini təqdim edib.
Mikayıl Mikayılov (ömürlük məhbus): "Atam infarkt olduğu üçün bura gəlməyi olmazdı. Həkimlər icazə vermirdi. Bakıya meyvə-tərəvəz satmaq üçün getmişdim. Həmin vaxt qardaşımla dostu Bakıda idi. Onlarla birlikdə rayona qayıtmağa qərar verdik. Yolda dava düşdü və bıçaqladılar. Sonra mən düşüb qaçmışam. Mənlik heç nə yoxdur. Mən təzə evlənmişdim və ürəyimə dammışdı ki, məni tutacaqlar. Uşağım azadlıqda məni görmədiyi üçün əmi deyirdi. Uzunmüddətli görüşdə ilk dəfə ata dedi. Nişanlıdır qızım. Yaxında toyu olacaq. Əsas cəzanı ailəm çəkir".
Bəkir Mikayılov (ömürlük məhbus): "18 il atam üzümüzü görmədi. Ürəyi tutdu öldü. Bütün ümidlərini puç elədik. Müəyyən cinayətlərim olmuşdu, amma ölüm hadisəsi yox. Yolda sürücü ilə maşında olan digər sərnişinin arasında konflikt baş verdi. Bıçaqladı biri o birini. Bir bıçaq vurdu, o da düşdü ürəyinə. Sonra qardaşımı yola saldım getdi. Biz də aparıb onu atdıq bir yerə. Narkotik maddə çəkib arxa oturacaqda yatmışdım. Onu çəkməsəydim, bəlkə də səsə ayılıb reaksiya verərdim. Hadisələr bu cür olmazdı. Aralarında elə ciddi söhbət olmayıb. Ayılanda gördüm ki, qardaşım məni oyatmağa çalışır. Bilsəydim ki, belə olacaq qardaşımı özümlə götürməzdim. Kolluq ərazi var idi və cəsədi ora atdıq. 11 ay sonra işin üstü açıldı. Qardaşıma borcluyam, çünki mənə görə buradadır. Çox sıxılıram qardaşımla bir yerdə qalanda. Dərd vermişəm ona ancaq. Onun üçün də ayrı-ayrı kamerada qalırıq. Bilsəm ki, qardaşımı buraxacaqlar, mən güllələnməyə razılaşaram"./Hurriyyet.org/