Ombudsmanın nümayəndəsi Tofiq Yaqublu ilə görüşüb

Baxış sayı:
2230

İnsan Haqları üzrə Müvəkkilin (Ombudsman) nümayəndəsi Müsavat Partiyasının həbsdə olan fəalı Tofiq Yaqublu ilə görüşüb.

Bu barədə onun qızı Nigar Həzi məlumat yayıb.

Başçəkmə ilə bağlı Ombudsman Aparatı açıqlama yayacaq.

Qeyd edək ki, T.Yaqublu artıq 6 gündür aclıq etdiyini açıqlayıb.

Xatırladaq ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir.

Onun barəsindəki hökmdən apelyasiya şikayəti verilib.