​Ombudsman hesabat verir - MİLLİ MƏCLİS

Baxış sayı:
2392

Ötən il dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsi korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına imkan yaradıb. 221 min yeni, 177 min daimi iş yeri açılıb. Bununla da işsizlik 5 faizə, yoxsulluq 5.4 faizə enib.
Bu sözləri Ombudsman Elmira Süleymanova Milli Məclisin plenar iclasında hesabat verərkən deyib.
Ombudsman illərdir aliment fondunun yaradılmamasının ortaya çıxardığı problemlərdən də danışıb:
 “Fəaliyyətim dövründə 600-dən çox müraciət daxil olub, onların yarısı həllini tapıb. Pozulmuş hüquqların bərpası istiqamətində dövlət qurumları ilə səmərəli əməkdaşlıq qurulub. Əvvəlki illə müqayisədə yalnız müraciətlərin sayında deyil, formasında da dəyişiklik müşahidə edilib.
Məhkəmə qərarlarından narazılıq, iştirakçılara qarşı süründürməçilik halları ilə bağlı da ombudsmana müraciətlər olub. Bəzən məhkəmə qərarının vaxtında göndərilməməsi bəzi şəxsləri təkrar məhkəməyə müraciət etmək hüququndan məhrum edib. Aliment üzrə cərimə və ya inzibati cəza da problemi həll etmədi, daha da ağırlaşdırdı. Çünki polis tərəfindən saxlanılan şəxsin aliment ödəmə imkanı daha da məhdudlaşdırılıb. Alimentin ödənilməsinə dəstək məqsədilə Aliment fondu və ya başqa səmərəli mexanizm tətbiq edilə bilər. Aliment fondu məsələsi illərdir həllini tapmadığından başqa bir üsulun tətbiqi səmərəli ola bilər”.
E.Süleymanova 65 yaşı tamam olan, lakin işləmək qabiliyyətinə malik şəxslərə əlavə 1 il işləmək imkanının yaradılması məsələsinə də yenidən baxılmasını təklif edib:
“Hesab edirəm ki, 1 il azdır. Ona görə də ilk mərhələdə bu iki il ola bilər. Daha sonrakı mərhələdə ehtiyac olarsa, müddət 1 il artırıla bilər”.
Ombudsman bildirib ki, bir sıra sahələrdə olduğu kimi, işğaldan azad edilən ərazilərdə də canlanma müşahidə edilib: “Bu gün Cocuq Mərcanlıda həyat dəyişib. Bir neçə il əvvəl orada müharibə şəraiti var idi, hər yer dağılmışdı, bu gün orda qaynar həyat var”./Teleqraf/