"Omba sümüyümdə problem var" - Roza Zərgərli
5-12-2019 19:12
Baxış sayı:
23809

“Fevral ayında ağır əməliyyata girəcəyəm. Omba sümüyümdə problem var”. Muxalifet.az-ın xəbərinə görə, bunu müğənni Roza Zərgərli deyib. Müğənni bildirib k, o, sağlamlığımda problem olduğu üçün xoşbəxt deyil: “İnsan sağlam olmayanda xoşbəxt olmur. Ona görə də mən tam xoşbəxt deyiləm. Çünki sağlamlığımda problemlər var. “Endoprotez” qoyduracağam. Mənim kimi bir yerdə durmayan, hər zaman fəaliyyətdə olan insan üçün “endoprotez”i qoydurmaq şikəst olmaq kimi bir şeydir”. Əməliyyatdan sonra iki ay efirlərə çıxmayacağam. Fəaliyyətimə bir az ara verəcəyəm. Bu da mənə xoşbəxtlik gətirmir. Nə ailəmə, nə də, yaxınlarıma zaman ayıra biləcəyəm”.//Musavat.com