Ölümlə təhdid edilən polis mayoru DANIŞDI

Baxış sayı:
322

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev onu təhdid edən naməlum şəxs barədə qısa məlumat verib.
Muxalifet.az
xəbər verir ki, o, yeniavaz.com-a açıqlamasında bildirib ki, hal-hazırda onu öldürməklə təhdid edən adamla bağlı araşdırma gedir: "Xahiş edirəm səbirli olun, biz baxaq görək həmin adam kimdir, nədir. Görək, gedişat nə göstərəcək. Bütün hallar araşdırılır. Bütün məlumatları aydınlaşdırıb mən özüm xəbər verəcəm".
Qeyd edək ki, "Evez VAhidovic” adlı Feysbuk istifadəçisi öz səhifəsindən Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevi hədəf göstərərək bu adamı qətlə yetirənə 10 min manat pul verəcəm yazmışdı. Həmin şəxsin profilinə nəzər saldıqda Rusiyanın Nijniy Novqorod şəhərində yaşadığı məlum olur. Həmçinin bəhs edilən şəxsin öz səhifəsində müxalif yönümlü paylaşımları da diqqət çəkir.