ÖLÜM XƏBƏRİ YAYILAN MİLANIN ANASI: "QƏLBİ HƏLƏ DÖYÜNÜR" – AÇIQLAMA

PrimeTime.Az-ın Türkiyədə olan əməkdaşı hazırda azərbaycanlı aktrisa, Mila kimi tanınan Minayə Bayramovanın yerləşdiyi "Medical Park Gazi Osman Paşa" klinikasındadır. Ölüm xəbəri yayılan Milanın anası Mətanət xanım saytımıza açıqlaması zamanı qızının durumu haqda son məlumatları verdi. Xanım qeyd edir ki, Mila hazırda reanimasiyadadır: "Qızımın ürəyi hələ də döyünür. Amma beyni artıq dünən gecə saat 23:30-dan ölüb. Onu sünii nəfəs aparatına qoşublar. Sadəcə ürəyi döyünür deyə, daha iki gün o aparatda qalacaq. Amma biz artıq bilirik ki, Minarəni, uşağımı itirmişik. O çətin ayıla. Gözlərinin içini açıb baxdım, saralıb tamam...". Mətanət xanım qeyd edir ki, Milanın ölümünə səbəb azərbaycanlı həkimlərdir: "Qızımın halı qəfildən pisləşdi. Mila hələ Bakıda olarkən onunla danışırdım. Başındakı ağrılardan şikayətlənirdi. Həkimə getməsini bildirdim. Getdiyini, meningit olduğunu dedi. Daha sonra xəstəxanaya aparıblar. "Semaşka"dakı həkimlər Kompüter Tomoqrafiyası etmədən əməliyyat ediblər və belindən su çəkiblər. Ondan sonra qızımın vəziyyəti daha da ağırlaşdı və mən onu Türkiyəyə gətirdim. Qızımı bütün xəstəxanalara apardım. Sonuncu dəfə hazırda yatdığı xəstəxanaya gətirdim. 15 gün burada qaldı və dünən həyatdan əlini üzdü". Aktrisanın anası bildirir ki, Mila İstanbula gələndən sonra vərəm və sətəlcəm də olub: "Yazıq balam nələr yaşadı. Çox çətindir". Xatırladaq ki, xəstəxanada çəkiliş etməyə icazə verməyiblər.