""Ölüf, ölüf, derəm saa... Başdaşı da var" deyilən şəxs ölməyib" - MSK-dan QALMAQALLI AÇIQLAMA

Baxış sayı:
2053

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 107 saylı Qazax Seçki Dairəsi üzrə daxil olan müraciətlərə baxılıb.  

Oxu.Az-ın məlumatına görə, iclasda MSK üzvü Baxşeyiş Əsgərov bildirib ki, həmin dairə üzrə ölən şəxslərin səs verməsi ilə bağlı iddialar araşdırılıb.  

B.Əsgərov qeyd edib ki, araşdırmalar nəticəsində bu iddia öz təsdiqini tapmayıb.  

“Həmin dairədə çəkilən videogörüntülərdən biri də sosial şəbəkələrdə yerləşdirilən “Ölüf, ölüf, derəm saa... Başdaşı da var” ifadələri ilə məşhurlaşan videodur”, - deyə B.Əsgərov bildirib.

B.Əsgərov qeyd edib ki, araşdırma nəticəsində videoda öldüyü deyilən vətəndaşın əslində həyatda olduğu müəyyənləşib: “Sadəcə o, iki övladını da götürərək Bakıya gedib”.