Ölü sayı 60-a yüksəld: BMT təcili toplandı

Baxış sayı:
2047

BMT Təhlükəsizlik Şurası Sudanın paytaxtı Hartumda təhlükəsizlik güclərinin ordu qərargahı önündəki etirazçılara müdaxiləsindən sonra yaşanan gərginlik səbəbiylə təcili toplanıb. Sudan həkimlər Komitəsi isə hadisələrdə həyatını itirən insan sayının 60-a yüksəldiyini açıqlayıb.
 
İngiltərə və Almaniyanın çağırışından sonra BMT TŞ-da Sudanda son dövrdə yaşanan zorakılıq hadisələri iclasda müzakirə olunub. İclasdan sonra jurnalistlərin qarşısına çıxan Fransa, İngiltərə, Almaniya, Belçika, Hollandiya, Polşa, İsveç və İtalyanın BM daimi nümayəndələri ortaq açıqlama verib.
 
AVROPA ÖLKƏLƏRİNDƏN QINAMA
 
BMT baş katibinin Sudan üzrə xcüsusi nümayəndəsi Nicolas Haysomun bölgədəki son hadisələr haqqında BMT TŞ-nı məlumatlandırdığını bildirib. Açıqlamada, "Sudan təhlükəsizlik güclərinin bir çox ölüm və yaralanma ilə nəticələnən vətəndaşlara yönəlik hücumlarını qınayırıq. Ayrıca yaralı şəxslərə tibbi xidmətlərin olmasına maneə törədildiyi yönündəki xəbərlərdən də dərin narahatlıq duyuruq" deyə qeyd edilib.
Müxalifət.az