"Ölmək istəmirəm..." - Kafedə boğazından bıçaqlanan qadının son anları - VİDEO

Baxış sayı:
5305

Avqust ayının 18-də törədilən cinayət hadisəsinin görüntüləri əldə olunub.
Görüntülərdə boğazından bıçaqlanan qadının azyaşlı qızının gözü qarşısında fəryad etməsi əks olunub.
Qadın "ölmək istəmirəm", - deyə qışqırarkən, qızı "ana, nə olar, ölmə", - deyə yalvarıb. Həmin anın videosu sosial şəbəkələrdə yayılıb, geniş müzakirə olunub.
Türkiyənin Kırıkkale vilayətində yaşayan 43 yaşlı Fedai Baran 4 il əvvəl boşandığı xanımı 38 yaşlı Emine Bulutu görüş təyin etdiyi kafedə bıçaqlayıb. Qadını azyaşlı qızının gözü qarşısında bıçaqlayan şəxs hadisə yerindən qaçsa da, polislər tərəfindən saxlanılıb. O, ifadəsində bildirib ki, qadını onu söydüyünə görə öldürmək istəyib. Kafedə görüş təyin edən ikilinin arasında uşağın kimdə qalması ilə bağlı yaranan mübahisə ölümlə nəticələnib. Yaralı qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.