​“Ölmədən halvamı yedilər” - Hızır Çakırbeylidən GİLEY

Baxış sayı:
5332

Məşhur aktyor Oktay Kaynarca Denizli şəhərində keçirilən bir konfransda çıxış edib.
“Ölkə.Az” xəbər verir ki, aktyor çıxışında çox maraqlı məqamlara toxunub:
“Kurtlar Vadisi” serialında Çakır obrazını canlandırırdım. Yaratdığım obraz ssenariyə uyğun olaraq öldü. Yaşadığım halda meyit namazım qılınan, halvası paylanan ilk aktyor oldum”.
Oktay tələbələrin suallarını da cavablandırıb:
“Teatr və kino diktator işidir. İş başa çatanda hər şeyə görə cavabdeh rejissor olur. Sənət demokratik bir iş deyil. Rejissor diktator olmaq məcburiyyətindədir”.
Kaynarca bildirib ki, serialda canlandırdığı obrazların normal həyatı imiş kimi qəbul edilməsi yolverilməzdir.