"Olmaz, əfəndim, olmaz..." - Gənc şair "Space"in rəhbərinə səsləndi

Baxış sayı:
14128

Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair Emil Rasimoğlu "Space" telekanalının rəhbəri Vaqif Mustafayevə səslənib. Şair son zamanlar adı çəkilən televiziyanın "El bizim, sirr bizim" verilişinin əməkdaşı Elçin Əlibəylinin efirdə səsləndirdiyi fikirlərə münasibət bildirib. Onun verilişə dəvət etdiyi qonaqlarla qeyri-etik ünsiyyət vasitəsi seçdiyini və telekanal rəhbərliyinin bununla bağlı ölçü götürmələrini hesab edib.
Emil Rasimoğlunun Vaqif Mustafayevə ünvanlanan çağırışını sizlərə təqdim edirik:
“Sözüm "Space" TV-nin rəhbəri Vaqif Mustafayevədir. Vaqif müəllim, siz rəhbəri olduğunuz telekanaldakı verlişləri izləyirsinizmi? Və bir az da dəqiq desəm məlum kanalda yayımlanan "El bizim, sirr bizim" verlişində verlişin aparıcısı olaraq telejurnalist Elçin Əlibəylinin efirdən qeyri-etik ifadələrlə çıxışlarından xəbərdarsınızmı?
Əgər həmin verlişin efirə gedən bütün saylarına ardıcıl olaraq nəzər salsanız bunun şahidi olarsınız. Şahidi olarsınız ki, Elçin Əlibəyli dəvət etdiyi qonağı hansı dərəcədə aşağılayır.Hansı səviyyədə müzakirələrin açılmasına yol verir.
Hələ jurnalist mövqeyinə əməl etmək bir yana, şəxsiyyəti alçaldıcı ifadələrlə xalqın qarşısında çıxış etmək, bəsit müzakirələr açmaq hansı efir mədəniyyətinə, jurnalist, ziyalı baxışına xasdır? Yəni bu qədərmi dərəbəylikdir? Bu qədərmi nəzarətsizlikdir? Bəs, siz hara baxırsınız, sayğılı Vaqif müəllim? Bununla xalqa nə vermək olar ?
Axı olmaz. Olmaz, əfəndim, olmaz..!
Sözümün sonunda deyəcəyim budur ki, inanıram, inanıram ki, Azərbaycan xalqının ziyalısı kimi, telekanal rəhbərliyi olaraq öz ölçünüzü götürəcəksiniz.Və bir qələm adam olaraq bunu mütləq hesab edirəm”.
Muxalifet.az