Ölkəyə geri qayıdır! Ortalığı qarışdıracaq

Baxış sayı:
7039

 Venesuelada özünü müvəqqəti prezident elan edən Milli Məclisin sədri Xuan Guaido 23 fevralda ayrıldığı Venesuelaya qayıdacağını, bazar ertəsi və çərşənbə axşamı günü bütün ölkədə aksiyalar təşkil edəcəklərini açıqlayıb.
 
Guaido sosial media hesabından verdiyi açıqlamada, Ekvadordakı təmaslarından sonra xarici qadağaya baxmayaraq tərk etdiyi Venesuelaya geri dönəcəyini bildirib.
Venesuelaya girişində saxlanılıb, nəzarətə alınma ehtimalı da olan Guaido, bazar ertəsi və çərşənbə axşamı günü bütün ölkədə küçəyə çıxacaqlarını bildirərək müxalifətçilərdən edəcəkləri anonsları izləmələrini istəyib.
Qeyd edək ki, Guaido 23 fevralda Venesuelaya "humanitar yardım" gətirmə cəhdləri çərçivəsində getdiyi sərhəddən Kolumbiyaya keçmişdi.
Kolumbiyadan sonra Braziliya, Paraqvay, Argentinaya səfər edən Guaido, oradan da Ekvadora keçmişdi.
Venesuelanın dövlət Başçısı Nikola Maduronun legitimliyini qəbul etməyən Guaido, ABŞ-la yanaşı, bir çox Qərb və Latın Amerika ölkəsinin dəstəyini alır.
Müxalifət.az