​Ölkəyə 9.3 milyonluq avtobus gətirilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 138 ədəd avtobus idxal edib.
Muxalifet.az-ın report-a istinadən verdiyi xəbərə görə, bu sayda avtobusların ümumi dəyəri 9 281,2 min ABŞ dolları təşkil edib.
Bu ilin 9 ayında ölkəyə idxal olunan avtobusların sayı ötən ilin müvafiq dövründən 2,3 dəfə, dəyəri isə 2,4 dəfə artıq olub.