​Ölkənin SOCAR fəlakəti... - “Kommunal böhran əbədi problem kimi qalacaq”

Baxış sayı:
839

“SOCAR bu gün Bakı və Abşeronda 10 minlərlə insanın yaşadığı ərazilərdə 10 saata yaxın təbii qazın verilməsini dayandırıb. İnsanlar da əlacsız qalıb bütün gücü ilə elektrik qızdırıcalırını işə salıblar və nəticədə elektrik transformatorları dözməyib sıradan çıxıb”.
Muxalifet.az xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev bildirib. 
R.Ağayev diqqətə çatdırıb ki, Xırdalanda yaşadığı ərazidə 2 transformator sıradan çıxıb: “199-dan öyrəndim ki, onlardan biri yalnız sabah bərpa olunacaq, o birisi isə hələ dəqiq bilinmir.
Nə qədər ki, ölkədə qaz, su və elektrik paylaşdırıcı şəbəkələr büdcə pullarının üstündə oturan, müştəri qarşısında heç bir məsuliyyət daşımayan dövlət şirkətlərinin idarəçıliyində olacaq, kommunal böhran əbədi problem kimi qalacaq”.
 
Cavid, Muxalifet.az