Ölkənin pensiya-sığorta sistemi böhrana məruz qalır

Baxış sayı:
3239

Ötən həftə Milli Məclis Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2018-ci il üçün büdcəsini qəbul edib. Sənədə əsasən, DSMF-nin gəlirləri və xərcləri gələn il 3 milyard 578,8 milyon manat səviyyəsində proqnozlaşdırılır. Bu isə bu il gözləniləndən 178,8 milyon manat və 5,3 faiz çoxdur.
Fondun gəlirlərində 63,5% və ya 2 milyard 273 milyon manat icbari dövlət sosial sığortasının payına düşür. Bu, 2017-ci il üçün proqnozdan 7 faiz çoxdur. Gəlirin qalan hissəsi dövlət büdcəsindən transferlə təmin ediləcək: bu təxminən 1 milyard 305 milyon manat və ya ümumi gəlirin 36,5 faizidir.