Ölkəni işıqsız qoyan Etibar Pirverdiyev haqda SENSASİN FAKTLAR - Milyardları necə talan edib?

Səhiyyə naziri Oqtay Şirəliyev və “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun adı da korrupsiyada hallanır

Baxış sayı:
15328

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız. Beləliklə, ötən həftə - 03-09 iyul 2018-ci il tarixində elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs “Azenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev “Baş nazirin müavini və Etibar Pirverdiyev Mingəçevirdə”, “Deputat hiddətləndi : "Bu dəfə günahkar məmurlara güzəşt edilməməlidir!”, “Cənab Prezident! Pirverdiyev Mingəçevir SES-i partladacaq”, “Etibar Pirverdiyev məhz Nəcməddin Sadıkovun qudası olduğu üçün cəzalandırılmır” – Partiya sədrindən şok iddia", “Etibar Pirverdiyev prezidenti və Azərbaycan xalqını bax belə aldadıb – VİDEO”, “Prezident Etibar Pirverdiyevi danladı - “Siz utanmalısınız”+ Video”, “İlham Əliyev: (Etibar Pirverdiyev,) siz sadəcə olaraq utanmalısınız, xalq qarşısında, ölkə qarşısında!”, “İki gündür ölkəni işıqsız qoyan Etibar Pirverdiyev milyardları necə talan edib? - FOTOLAR”, ““İşıq naziri”nin işığı söndü - Pirverdiyev yaxın günlərdə ağır şəkildə cəzalandırılacaq” başlıqlı 9 məqalə ümumilikdə 33 elektron KİV-də işıqlandırılmışdır. Mətbuatda ən çox ad hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri səhiyyə naziri Oqtay Şirəliyev “Oqtay Şirəliyev rektorla əlbir olub, yüzlərlə məzun-həkimin karyerasını belə məhv edir - 160 minlik iş…”, “Oqtay Şirəliyev də biabır oldu: Prezident nazirin yalanını ifşa etdi”, “İlham Əliyev Oqtay Şirəliyevə İNANMADI: “Bəzi xəstəxanalarda generatorlar işləməyib”, “Azərbaycan xalqının nifrət etdiyi, lənətlədiyi səhiyyə nazirliyi... - Video”, “Şirəliyevin şirələndiyi Azərbaycan səhiyyəsi…”, “Səhiyyə nazirinin ölkə xəstəxanalarında generatorların olmadığından xəbəri yoxdur”, ““Səhiyyə naziri cənab prezidentə səhv məlumat vermək istəyirdi” — YAP-ın deputatından ŞOK AÇIQLAMALAR” başlıqlı 8 məqalənin 10 elektron KİV-də yayılması ilə tutur. Elektron KİV-də ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 3-cü yeri “Saleh Məmmədovun insan terroru - FotoFakt”, “Saleh Məmmədovun tıxaclarda 8,5 milyonluq oğurluğu: agentlik gizlədir” başlıqlı 2 məqalənin 5 elektron KİV-də yayılması ilə “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov tutur. Deputat Fəzail Ağamalının açqılamalarına SƏRT REAKSİYALAR Ötən həftə mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 1-ci yeri “Deputat Fəzail Ağamalı: “Bu söyüşlərin bir axırı olmalıydı…””, “Elmar Vəliyevə yaxın olan deputat öz həmkarı Fəzail Ağamalını ittiham etdi”, “Gəncənin Deputatı Fəzail Ağamalıya cavab verdi: “… Kölgə Salmasın!””, “Deputatlar arasında qarşıdurma - Elmar Vəliyevə görə” başlıqlı 4 məqalənin 7 elektron KİV-də yayılması ilə deputat Fəzail Ağamalı tutur. Mətbuatda ən çox ad hallanan deputatlar siyahısında 2-ci yeri “Elmar Vəliyevə yaxın olan deputat öz həmkarı Fəzail Ağamalını ittiham etdi”, “Deputatlar arasında qarşıdurma - Elmar Vəliyevə görə” başlıqlı 2 məqalənin 3 elektron KİV-də yayılması deputat Naqif Həmzəyev tutur. Muxalifet.az