Ölkədən qaçdığı deyilən Lukaşenkodan İLK BƏYANAT

Baxış sayı:
4425

Belarus lideri Aleksandr Lukaşenko dünən ölkədə keçirilən prezident seçkilərindən sonra ilk bəyanatını verib.
 
BELTA saytı xəbər verir ki, avqustun 10-da Lukaşenko Belarus Milli Biotexnologiya QSC-də olub.
 
“İnsanlar, siyahət vahid olmalıdır”, - deyə Lukaşenko səfəri zamanı bildirib.
 
Lakin müxalif resurslar onun dünən ölkəni tərk etdiyini deyir.  “PlaneFinder” saytının məlumatına əsasən, Lukaşenko Türkiyəyə uçub.
 
Dövlət başçısının Minskdən uçmağa hazırlaşdığını isə “NEXTA Telegram” kanalı məlumat vermişdi. Resurs bildirmişdi ki, laynerin heyəti iş başındadır, pilotlar hava limanında gecələyiblər.