​“Ölkədə sosial-iqtisadi vəziyyət iflasa uğrayıb”

Əli Kərimli: “İlham Əliyev sosial-iqtisadi vəziyyət haqqında susub”
 
Prezident İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
AXCP sədri Əli Kərimli bildirib ki, Naizrlər Kabinetinin toplantısı ilin 9 ayının sosial-iqtisadi inkişaf yekunlarına həsr olunsa da, Əliyev çıxışında bu məsələyə iki abzasda toxunub: “Həmin fikirlər də təhrif olunmuş mılumatlara əsaslanıb. Bütövlükdə İlham Əliyev sosial-iqtisadi vəziyyət haqqında susub, ölkədə sosial-iqtisadi vəziyyət iflasa uğrayıb, bu, onun etirafıdır. Əliyev sosial-iqtisadi məsələləyə aid olmayan hər şeydən danışıb, Azərbaycanın pulla xarici ölkələrdən gətizdirdiyi idmançıların nailiyyətlərindən başlamış ənənəvi olaraq Dağlıq Qarabağ məsələsində Bakının mövqeyini müdafiə edən Beynəlxalq İslam Konfransının Qarabağla bağlı qərarlarına və aprel döyüşlıərində şücaət göstərən mərd igidləriməzə qədər, hər şeydən danışıb. Amma sosial-iqtisadi mövzunu arxa plana keçirdib. Çünki danışacaq bir sözü yoxdur”.
Əli Kərimli hesab edir ki, dövlət başçısı referendumla bağlı olduqca absurd fikirlər səsləndirib: “Ümumiyyətlə, Əliyevin seçkilər barədə dedikləri həqiqətlə uyğun olmayan fikirlərlə zəngindir. Təkcə referendum haqda dedikləri çıxışın müəllifinin həqiqətə münasibətini ortaya qoyur. Azərbaycandakı seçkiləri hətta demokratiyanın beşiyi olan ölkələr üçün də nümunə kimi kimi təqdim etmək, “gəlsinlər bizim təcrübəmizi öyrənsilər” sözünü heş bir sarkazmsız, gülüş məqsədi olmadan səsləndirmək onu göstərir ki, bunu deyən adam reallıq hissini itirib. Bütün dünya Azərbaycan seçki institutunun məhv edildiyini, xalqın bu seçkiyə heç maraqının və etibarının olmadığını bilir. Yalnız bir qrup büdcə təşkilatlarında çalışan insanlar məcburiyyətdən bu imitasiyanı yaradıblar və dövlət başçısı özünə icazə verir ki, həqiqətə uyğun olmayan fikirləri səsləndirir. Və çalışır ki, dünyadakı durumu qaranlıq göstərməklə Azərbaycan xalqını indiki vəziyyətinə şükür etməyə razı salsın. Çıxışın “ana xətti” bundan ibarətdir ki, bütün dünya dağılır, Avropada miqrant böhranı var, Avropa böhran işindədir. Hardadır böhran? Bir dövlət göstərsinlər ki, iki ildə büdcəsi 2,5 dəfə kiçilib. Hətta neftdən asılı olan Rusiya və Səudiyyə Ərəbistanı kimi  ölkələrdə də belə kiçilmə yoxdur. 2 il ərzində ölkənin Ümumi Daxili Məhsulu iki dəfəyə qədər azalıb. Azərbaycan yalnız Venesualayla müqayisə oluna bilər, orda insnalar artıq dükanlara hücum edir, yanıx günlərdə də hakimiyyət dəyişikliyi güman ki, olacaq. Avropanı qaralamaqdandan ötrü miqrant böhranını Qərbin üzərinə atmaq nə dərəcədə ədalətlidir? Məgər Suriyanı indiki xaraba günə Azərbaycan hakimiyyətinin dostu olan hər zaman himayə etdiyi Əsəd rejiminin qoyduğu aydın deyil?! Avropa milyonlarla insana özünün  ərazisində imkan yaradıb, Almaniyanın kansleri Merkel öz karyerası bahasına milyonlarla suriyalı qaçqını ölkəsinə yerləşdirib və bugün onun hakimiyyətdə qalıb-qalmaması sual altındadır. Yalnız ona görə ki, gələn qaçqınlara şərait yaradıb, söhbət milyonlarla insandan gedir, kim edə bilər bunu?! Avropanı kim islamafobiyada ittiham edir, Nardaran hadisələrini bəhanə gətirib “Müsəlman Demokrat Birliyi”nin 80 fəalına uydurma ittiiham irəli sürdürüb onlara dəhşətli işgıncələr verən rejim. Hansı haqla? Əliyevin çıxışını xalqın məlumatsızlığı üzərində qurub. Amma Azərbaycan xalqı dünyada çoxlu sayda xoşbəxt yaşayan, öz hakimiyyəytlərindən məsuliyyət tələb edən və onları dəyişən bilən rifah işində yaşayan xalqların olduğunu bilir. Hakimiyyət bizi bugünümüzə şükür etməyə məcbur edir. Guya, bütün dünya batır, hər yerdə faciə var, yalnız Azərbaycan sabitliyin adasıdır. Alınmayacaq. Belə həqiqətə uyğun olmayan məlumatları xalqa inandırmaq olmaz”.
Əli Kərimli hesab edir ki, İlham Əliyev demokratik yolla seçilməsə də, dövlətin təminatçı kimi Dağlıq Qarabağla bağlı qapalı danışıqlarda hansı güclər tərəfindən təzyiqlərə məruz qaldığını açıqlamaldır: “AXCP və Milli Şura həmin təzyiqləin qarşısında dayanmağa hazırdır. Heç kim Azərbaycandan “Qarabağın müstəqilliyini tanıyın” tələbini irəli sürə bilməz. Belə olarsa, Azərbaycan xalqını qarşısında görəcək. Bu, yalnız İlham Əliyevin yox, millətin məsələsidir. Hesab edirəm ki, bu təzyiqi göstərənlər Azərbaycan xalqına təqdim olunmalıdırlar və xalqda həmin ünvanlara öz təpkisini göstərməlidir. Əliyevin “beşinci kalon” ifadəsinə gəlincə, hökumətin yarısı başqa ölkələrin ordenlərini sinələrində gəzdirən məmurlardan ibarətdir. Amma öz aləmlərində müxalifəti hansısa Qərb ölkələrinə bağlamaq istəyirlər, bunlar əsassızdır. Məgər, Azərbaycan xalqı görmür ki, biz Azərbaycanın Qarabağdan bir addımdan da geri çəkilməsinə razı olan qüvvə deyilik. AXCP minlərlə şəhid vermiş qüvvədir, YAP deyilik ki, Qarabağ məsələsində bu qədər soyuq baxaq.  Bəyəm, İlham Əliyev deyil, Madrid Prinsiplərinə razılıq verən, həmin Madrid Prinsiplərində nəzərdə tutulmayıbmı ki, bölgənin taleyi Qarabağda yaşayan insanların rəy sorğusuyla müəyyənləşsin? Güzəştə gedən Əliyev hakimiyyətidir və buna görə ondan məsuliyyət tələb edən bizik. Hər kəs bilmlidir ki, müxalifət nəinki hakimiyyətin Qarabağ məsələsində güzəştə getməsini kiminsə istəyiylə istəyə bilər, əksinə, tam açıq və birmənalı məsuliyytlə bəyan edirəm: İlham Əliyev hakimiyyəti nə zamansa Qarabağın Azərbaycandan ayrılmasına razılıq verməyə cəsarət edərsə, o zaman bizi bütün mənalarda qarşısında görəcək. Biz Qarabağın Azərbaycandan ayrılmaması üçün hər cür mübarizə formalarına hazır olan siyasi qüvvəyik”.