​Ölkə ŞOKDADIR: 1183 nəfərin həyatına son qoyuldu

Baxış sayı:
10168

Konqo Demokratik Respublikası ölkə tarixinin ən çətin dövrünü yaşayır.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, ötən ilin iyul ayından etibarən başlayan Ebola epidemiyası kütləvi ölümlərə səbəb olur.
Rəsmi rəqəmlərə görə, ölkə miqyasında epidemiya qurbanlarının sayı 1183-ə çıxıb.
Konqo Səhiyyə Nazirliyinin informasiyasına görə, Şimali Kivu əyalətində başlayan və İturi əyalətinə yayılan epidemiya 1818 nəfərə yoluxub. 1183 nəfər ölüb, xəstəlikdən sadəcə 496 nəfər sağalıb. 139 nəfərin müalicəsi davam edir.
Ölkədə 8 avqust 2018-ci ildən başladılan kampaniya çərçivəsində 124 min 825 insana peyvənd vurulub.
Qanaxma və yüksək temperatur kimi simptomlarla ortaya çıxan Ebola virusu ilk dəfə 1976-cı ildə Sudanın Nzara və Konqonun Yambuku şəhərlərində yayılıb. Konqodakı epidemiya Ebola çayı yaxınlığındakı kənddən başladığı üçün virusa bu ad verilib.
Ebola son olaraq 2013-cü ilin dekabrında Qərbi Afrikada meydana çıxmışdı. Qvineya, Liberiya və Sierra Leonda 2014-2017-ci illərdə yayılan epidemiyada 30 min insan xəstəlik keçirmiş, 11 mindən çoxu ölmüşdü.