Oljas Süleymanov 20 yanvar həqiqətləri haqda yazdı - ŞOK FAKTLAR

Baxış sayı:
733

Sabah, 20 yanvar tarixində Qazaxıstanın aparıcı nəşrləri ölkənin xalq yazıçısı, məşhur Oljas Süleymenovun 1990-cı ilin qışında Bakıda baş vermiş faciəli hadisələr barədə məqaləsi ilə çıxacaq. Oljas müəllim materialını yayımlamağı eksklüziv olaraq haqqin.az-a da təklif edib.

Tarix müəyyən hadisələrin gizli motivlərini, detallarını və təfərrüatlarını yalnız bir müddət sonra açmaq kimi heyrətamiz xüsusiyyətə malikdir. Bu gün, 30 il sonra, Oljas Süleymenov, yanvar ayında Azərbaycan xalqı üçün bir neçə günün dəhşətli salnaməsini təqdim edir. Faciə baş verən gün yazıçı SSRİ Ali Sovetinin, o vaxtkı parlamentin deputatı kimi Moskvada olub. Sovet ordusunun Bakıda qan tökməsindən xəbər tutan Süleymenov, xəstəliyinə və yüksək hərarətinə baxmayaraq, hər şeyi ataraq, "yuxarı" hesabat vermədən özünü Azərbaycana yetirib.
 

Məşhur yazıçı, görkəmli ictimai-siyasi xadim yazır ki, dünən Azərbaycan səfirliyindən zəng edərək onu Bakıdan məşhur bir pianoçunun 1990-cı il yanvarın 20-nə keçən gecə baş verən hadisələrin ildönümünə həsr olunmuş konsertinə dəvət ediblər: “Otuz il əvvəl. Dəvət edən şəxs həmin gecəni xatırlamağı xahiş etdi. Bilirdim ki, belə şeylər unudulmur”.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecəni xatırlayan O.Süleymenov yazır ki, həmin gecə onu bir telefon zəngi oyadıb: “Antibiotiklərdən sonra yuxu həbləri ataraq yatmışdım. Soyuqdəyməm vardı. Saata baxdım. Gecə üç idi. Zəng dayanmırdı. Beynəlxalq zəngdi. Belə israrla adətən seçicilər söhbət etmək istəyirdilər. "Moskva" mehmanxanası Ali Sovetin moskvalı olmayan bütün deputatlarının sığınacağı idi. Buna görə, ölkənin hər yerindən gələn seçicilər telefonlarımızın susmasına imkan vermirdilər. Ancaq günortadan sonra, daha gecə saat üçdə yox. Telefonun dəstəyini götürdüm. Uzaqdan, əsəbi, tanış olmayan bir səs. Məni adla çağırır. Özünü də təqdim edir - Bəxtiyar Vahabzadə. Bəli, əlbəttə ki, bu adı bilirdim - məşhur şair, Azərbaycanın klassiki demək olar: "Oljas, tanklar Bakıya girdi!.. İnsanları əzirlər!.. Gəl, qardaş!..".

Bəs sonra? O.Süleymanov Bakıya necə gəldi? Harada və necə məskunlaşdı? Kimlərlə görüşdü? Əbülfəz Elçibəylə bağlı Yevgeni Primakovdan nə xahiş etdi? Günlərlə nəşr olunmayan qəzetlərin çıxması, dayanmış televiziyanın fəaliyyətini bərpa etməsi üçün kimlərə ağız açdı? 

Bütün bu və digər suallara O.Süleymanovun haqqın.az saytında yayımlanan məqaləsində (https://haqqin.az/news/167903) cavab tapa bilərsiniz...