Oliqarxın Poroşenkoya qarşı “artist layihəsi”...

Baxış sayı:
823

Vladimir Zelenski Ukraynanın prezidenti seçilərsə, oliqarx İqor Kolomoyski bir müddət ölkənin xaç atasına çevriləcək. Zelenski öz şouları ilə məhz Kolomoyskinin nəzarət etdiyi televiziya kanalında məşhurlaşıb. Digər tərəfdən, Zelenskinin seçkiqabağı kampaniyası da Kolomoyski tərəfindən maliyyələşdirilir.
Muxalifet.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ukraynadakı prezident seçkilərinin gedişatı haqda bildirib. Ekspert hesab edir ki, Kolomoyski hazırki Prezident Petro Poroşenkodan yanıqlıdır:
“Çünki Poroşenko bir neçə il əvvəl Kolomoyskinin ölkə siyasətinə təsirini azaltmaq üçün ondan ölkəni tərk etməsini istədi. Kolomoyski bir müddət İsveçrədəki villasında yaşadı, daha sonra İsrailə köçdü. Ancaq Poroşenko nəticə əldə etmədi. Çünki Kolomoyski ölkə kənarından da Ukraynadakı siyasi proseslərə təsir etdi və elə uğurlu Zelenski layihəsi onun əsəri sayılır”.