​Olimpiyaçımız yarışa niyə çıxmadı? - SƏBƏB BİLİNDİ

Baxış sayı:
8602

Dağ xizəkçisi, Azərbaycanı bu günlərdə Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən Qış Olimpiya Oyunlarında təmsil edən yeganə idmançı, əslən avstriyalı Patrik Braxner bu gün ilk startına çıxmayıb.
Azerisport.az xəbər verir ki, bu gün Pxençxanda kişilər arasında qrand-slalom yarışları keçirilib. Təsnifat mərhələsində starta 110 idmançı çıxıb, lakin Braxnerin adı bunların arasında olmayıb.
Hələlik dağ xizəkçimizin starta niyə çıxmaması ilə bağlı rəsmi məlumat yoxdur.
Bundan sonra Braxnerin Olimpiadada çıxış etmək üçün daha bir şansı qalır. Növbəti yarışın təsnifat mərhələsi fevralın 22-də keçiriləcək.

***

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında Azərbaycanın yeganə təmsilçisi olan Patrik Braxnerin fevralın 18-də dağ xizəyi üzrə böyük slalom yarışında iştirak etməməsinin səbəbi müəyyənləşib.
Milli Olimpiya Komitəsindən Report-a verilən məlumata görə, bu, 26 yaşlı idmançının yalnız slalom yarışına köklənmək istəyilə əlaqədardır. Avstriyalı legioner bunu böyük slalomun slaloma nəzərən daha çətin yarış olması ilə əlaqələndirib. Fevralın 22-də keçiriləcək slalom yarışına ümumilikdə 102 idmançı sifariş olunub.
Qeyd edək ki, Qış Olimpiya Oyunlarına fevralın 26-da yekun vurulacaq.