Olimpiya çempionu həbs edildi - Səbəb

Baxış sayı:
11959

Slalom və ikili baydarkada avarçəkmə üzrə 2012-ci ilin Olimpiya çempionu Etyenn Stott Londonda keçirilən ekoloji etiraz aksiyasında həbs olunub. Bu barədə məlumatı İngiltərənin “San” nəşri yayıb.
Muxalifet.az xəbər verir ki, 39 yaşlı Olimpiya çempionu Skotland-Yard polisləri tərəfindən Vaterloo körpüsünün yaxınlığında ekoloji şüarlar səsləndirdiyi zaman saxlanılıb. Bundan əvvəl bildirilib ki, Stott və yoldaşı avtobus dayanacağının damında çıxışlar ediblər.
Londonda keçirilən etiraz aksiyasının iştirakçıları hökumətdən iqlim dəyişmələri barədə həqiqətləri söyləməyi, bu sahədə nəzarətedici vətəndaş Assambleyasının yaradılmasını, həmçinin atmosferə emissiya olunan qazların səviyyəsinin sıfıra endirilməsi üçün təcili tədbirlərin görülməsini tələb edirlər.
Bu günədək aksiya iştirakçılarından 831 nəfər saxlanılıb, onların 40-na qarşı ittiham irəli sürülüb. London polisinin rəhbəri Kressida Dikin sözlərinə görə, polisdə işlədiyi 36 il ərzində o, bir polis əməliyyatında bu sayda insanın saxlanıldığını xatırlamır.