Öldüyü deyilən adam bir saat sonra həyata döndü- QƏRİBƏ OLAY

Baxış sayı:
9175

Öldüyü deyilən boğulan adam bir saat sonra həyata döndü. 
Muxalifet.az xəbər verir ki, hadisə ABŞ-da baş verib. Belə ki, 14 yaşlı Jon Smit iki yoldaşıyla birlikdə donmuş gölün üzərində oynayarkən buz sınıb və o, suya düşüb. Yoldaşları isə qaçmağa müvəffəq olub. Sonradan sudan çıxarılaraq xəstəxanaya çatdırılan gənc haqda həkimlər hər şeyin gec olduğunu və onun öldüyünü bildiriblər. 
Göz yaşlarına boğulan gəncin anası çarəsiz durumda Allaha dua edir ki, övladı həyata dönsün. Məhz elə həmin möcüzə baş verir və onun ürəyi döyünməyə başlayır. Baş verənlərdən həkimlər də məttəl qalır. Həkimlər bildirirlər ki, o, özünə gəlsə də beynindən ağır zədə aldığı üçün ömürlük yataq xəstəsi olacaq. Amma Jon Smit 16 gün sonra xəstəxanadan öz ayaqlarıyla evinə dönür. Artıq hadisənin üstündən dörd il ötür və indi Jonun 18 yaşı var. Amma baş verən olayı bu günə kimi mediada yayımlanmayıb və bir möcüzə kimi indilərdə insanlara çatdırılır.