Öküz qəssabdan qaçdı və yaşlı qadını vurdu

Baxış sayı:
283

Mingəçevir şəhərində yaşlı qadını öküz vurub.
Muxalifet.az xəbər verir ki, hadisə şəhərin M.Maqomayev prospektində baş verib.
Qəssabdan qaçan öküz yoldan keçən 1963-cü il təvəllüdlü şəhər sakini Hüseynova Təranə Yaqub qızına hücum edib və onu vuraraq yerə yıxıb. Başı asfalta çırpılan qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qadının bədən nahiyəsi ilə yanaşı kəllə-beyin travması aldığı məlum olub.