​Oktyabrın 16-da Azərbaycanda televiziya və radio 9 saat işləməyəcək

Oktyabrın 16-da Azərbaycanın efir məkanında kompleks profilaktika keçiriləcək.
 
Muxalifet.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.
Profilaktika ilə əlaqədar olaraq telekanal və radiostansiyaların yayımı həmin gün saat 06:00-dan 15:00-dək dayandırılacaq.
Qeyd edək ki, kompleks profilaktika bütün avadanlıqların texniki vəziyyətinin yoxlanılmasını nəzərdə tutur. Prosedur texniki problemlərlə qarşılaşmamaq baxımından zəruridir.