OĞUZDA ŞOK OLAY: Gəlin 73 yaşlı qayınatasını döyüb xəstəxanalıq etdi

Baxış sayı:
4157

Oğuzda gəlin 73 yaşlı qayınatasına xəsarət yetirib.

Muxalifet.az report-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Oğuz Rayon Mərkəzi Xəstəxanasına müxtəlif dərəcəli bədən xəsarətləri ilə şəhərin Şıxəli Qurbanov küçəsində yaşayan 1947-ci il təvəllüdlü İsgəndər Ağayev daxil olub.

Müayinə zamanı yaşlı kişiyə başın digər nahiyyələrinin açıq yaraları və əlin sıyrıqları diaqnozu qoyulub.

Araşdırma zamanı İ.Ağayev bildirib ki, ailə münaqişəsi zamanı gəlini tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.