Oğuzda çaqqal kəndə hücum edib— YARALILAR VAR

Oğuz rayonunda çaqqal insanlara hücum edib.
Muxalifet.az-ın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Xaçmaz kəndində qeydə alınıb.
Belə ki, həyətlərdən birinə soxulan yırtıcı 33 yaşlı Aynur İmdad qızı İbrahimovanı qolundan və ayağından yaralayıb. Çaqqal qadının səsinə gələn qonşulara da xəsarətlər yetirib.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, onlara ilkin tibbi yardım göstərilib, quduzluq əleyhinə iynə vurulub.