Oğuzda bədbəxt hadisə - 5 yaşlı uşaq qəzanın qurbanı oldu - VİDEO

Oğuz rayonunda azyaşlı qızı maşın vurub.
ARB TV xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Padar kəndindən keçən hissəsində baş verib. Padar kənd sakini 5 yaşlı Duyğu Məmmədəliyeva yolu keçmək istəyərkən, Kərimli kənd sakini 31 yaşlı Səyid İbrahimov onu idarə etdiyi İJ markalı avtomobillə vurub. Uşaq dərhal xəstəxanaya aparılıb, lakin həyatını xilas etmək mümkün olmayıb. 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin Yol nəqliyyat hadisələrinə dair İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.