Oğurluğa gəldi, ev sahibəsini bıçaqladı

Bakıda evə qarət məqsədi ilə girən şəxs tutulub.
 
Daxili İşlər Nazirliyinin xəbər verir ki, Səbail rayonu ərazisində yaşayan Gülşən Zeynalovanın evinə eyvanın pəncərəsindən girən naməlum şəxs ev sahibəsinə bıçaqla xəsarət yetirib və səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.
G.Zeynalovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Teymur Hüseynov tutulub.