Oğurlandığı deyilən Zəhra ilə bağlı axtarışlar SÜRƏTLƏNDİRİLDİ

Baxış sayı:
1630

Bakıda 3 yaşlı Zəhra Bağırzadənin itkin düşməsi ilə bağlı əməliyyat axtarış tədbirləri davam etdirilir.
Muxalifet.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Sabunçu qəsəbəsində 3 yaşlı Zəhra Bağırzadənin itkin düşməsi ilə bağlı məsələ ciddi nəzarətə götürülüb.
İtkin düşən qızı görən şəxslərin yaxınlıqdakı polis bölməsinə və ya 102-yə müraciət etmələri xahiş olunur.
Qeyd edək ki, 2 gün əvvəl Z. Bağırzadə evlərinin qarşısından naməlum şəraitdə yoxa çıxıb.

Oğurlandığı deyilən Zəhra ilə bağlı axtarışlarSÜRƏTLƏNDİRİLDİ