​Oğul atasını öldürdü, ögey anasını yaraladı - Azərbaycanda

Baxış sayı:
3385

İyulun 27-də Ağcabədi rayon sakini Mirzəxan Baxşəliyev yaşadığı Qaradolaq kəndi ərazisindəki “Ağgöl” adlanan fermanın həyətində idarə etdiyi “Niva” markalı avtomobillə qəsdən atası Musa Baxşəliyevi və ögey anası Dilarə Baxşəliyevanı vurub. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən xəbərə görə, o, könüllü olaraq polisə təslim olub. 
M. Baxşəliyev hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş D. Baxşəliyevanın vəziyyəti orta-ağırdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.